Home / Cəmiyyət  / Aşıq Ədalət Qazaxda dəfn edildi – FOTO

Aşıq Ədalət Qazaxda dəfn edildi – FOTO

Qazax şəhərində Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasimi keçirilib. Mərhumla vida mərasimi Qazax Rayon Mədəniyyət Evində təşkil olunub. Mərasimdə Aşıq Ədalətin ailə üzvləri və yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və

Qazax şəhərində Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasimi keçirilib.

Mərhumla vida mərasimi Qazax Rayon Mədəniyyət Evində təşkil olunub.

Mərasimdə Aşıq Ədalətin ailə üzvləri və yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra mərhum Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb.

10:07

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalət (Nəsibov) Qazaxda dəfn olunacaq.

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanovun sözlərinə görə, Aşıq Ədalətin nəşi artıq Qazaxa yola salınıb: “Dəfn mərasimi Qazaxda keçiriləcək. Biz də vida mərasimində iştirak etmək üçün hazırda Qazaxa gedirik”.

Xatırladaq ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də 78 yaşında vəfat edib.

POST TAGS:
Review overview