Home / Mədəniyyət  / ATV 16 yaşlı qızı gəlin namizəd kimi efirə çıxardı – VİDEO

ATV 16 yaşlı qızı gəlin namizəd kimi efirə çıxardı – VİDEO

ATV-də yayımlanan “5 gəlin” verilişində 16 yaşlı Leyla Yəhyayeva gəlin namizədi kimi iştirak edib. Verilişdə 5 gəlin qayınana tərəfindən qoyulan tapşırıqları yerinə yetirərək, cehiz uğrunda yarışır. 16 yaşlı qızın gəlinlərlə bağlı olan bir verilişdə iştirakı ciddi suallar

ATV-də yayımlanan “5 gəlin” verilişində 16 yaşlı Leyla Yəhyayeva gəlin namizədi kimi iştirak edib.

Verilişdə 5 gəlin qayınana tərəfindən qoyulan tapşırıqları yerinə yetirərək, cehiz uğrunda yarışır.

16 yaşlı qızın gəlinlərlə bağlı olan bir verilişdə iştirakı ciddi suallar doğurur.

Azyaşlının bu verilişdə iştirakı ilə bağlı kanalın İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Turan İbrahimovla əlaqə saxladıq:

“Verilişin əsas məqsədi ərə getməyə hazır olan qızlarıın yarışmasıdır. Ərə gedəcək, konkret ailənin gəlini olacaq qızların ev işlərilə bağlı, məişət qayğıları ilə bağlı maarifləndirilməsidir. 16 yaşlı qızın da iştirakı nəzərdə tutulan formata uyğundur. Yarış məhz onların üzərində qurulub. Bu irad yersizdir. Veriliş ikinci mövsüm yayımlanmasında məqsəd bu istiqamətdə uğur qazanıb, tamaşaçılar tərəfdən rəğbətlə qarşılanmasıdır. Kiçik yaşlı qızlara gəlincik verməklə onu uşaq böyütməyə, tərbiyə etməyə alışdırırıq. Həmçinin, azərbaycanlılarda ərlik qız anlayışı var ki, bu da adətən 15 yaşdan etibarən qızların artıq ərlik yaşa qədəm qoyması deməkdir. Burda nə evli, nə də nişanlı xanımlar iştirak edir, ərə getməyə hazırlaşan qızlar iştirak edir. Ona görə də 16 yaşda bir qızın verilişdə iştirak etməsi problem yaratmır. Bu Azərbaycan mentalitetinin, reallığının təzahürüdür. Bu veriliş bütün yaş qruplarına aid tamaşaçılar üçün nəzərdə tutulub. MTRŞ-nın nəzərdə tutduğu qanunlar əsasında fəaliyyət göstərir.

Evliliklər qısa müddətdə dağılır, səbəb evlənən qızların qayınanası ilə yola getməməsi, ev işlərini görə bilməməsidir. Biz də indidən onun təbliğatını aparırıq”. (A24.az)

Print Friendly, PDF & Email
Review overview