Home / Siyasət  / Ərdoğan: S-400 ilə bağlı müqavilə imzalanıb, ilkin ödəniş də edilib

Ərdoğan: S-400 ilə bağlı müqavilə imzalanıb, ilkin ödəniş də edilib

Türkiyə prezidenti Ərdoğan Qazaxıstandan qayıdarkən təyyarədə jurnalistlərin sualına cavab verib. Ərdoğan S-400 zenit-raket sistemlərinin alınması üçün müqavilənin imzalandığını, ilkin ödənişin edildiyini bildirib: “S-400 ilə bağlı dostlarımız müqaviləni imzaladılar. Bildiyim qədər ilkin ödənişi də veriblər. Bundan sonrakı proses

Türkiyə prezidenti Ərdoğan Qazaxıstandan qayıdarkən təyyarədə jurnalistlərin sualına cavab verib.

Ərdoğan S-400 zenit-raket sistemlərinin alınması üçün müqavilənin imzalandığını, ilkin ödənişin edildiyini bildirib:
“S-400 ilə bağlı dostlarımız müqaviləni imzaladılar. Bildiyim qədər ilkin ödənişi də veriblər. Bundan sonrakı proses Rusiyanın bizə verəcəyi kreditlə davam edəcək bir prosesdir. İstər cənab Putin, istər özüm bu məsələdə qərarlıyıq. Türkiyə Respublikasının müdafiə sənayesi və müdafiəsi ilə bağlı müstəqillik prinsiplərini və ya müstəqil qərarını kimsənin müzakirə etmək haqqı yoxdur. Biz öz müstəqilliyimizlə bağlı qərarımızı özümüz veririk, ölkəmizi qorumaq üçün tədbirləri də, təhlükəsizlik tədbirlərini də almağa özümüz məsuliyyət daşıyırıq.

Əgər hər hansı müdafiə vasitəsini gətirməkdə çətinlik çəkiriksə, cəhdlərimizin bir çox halda qarşısı alınırsa, onda biz nə edəcəyik, başımızın çarəsinə baxacağıq. Məsələn, çox təəssüf ki, PUA-ları dostlardan ala bilmirdik, çox böyük pullar istəyirdilər, pulsuz da istəmirdik. Terror təşkilatına tank, top, zirehli texnika verirlər. Amma biz pulu ilə istədiyimiz halda bəzi ehtiyaclarımızı təmin edə bilmirik. Nəticə nə oldu? PUA-ları da özümüz istehsal etməyə başladıq, silahlı PUA-lar da istehsal olunur. Son bir həftədə 90 terrorçu öldürüldü”. (Avropa.info)

Review overview