66 milyon yaşı olan dinozavr skeleti tapıldı – ABŞ-da

print
ABŞ-ın Kolorado ştatında inşaat işçiləri 66 milyon yaşında olan dinozavr skeleti tapıblar.

Xarici KİV-lərə istinadla xəbər verilir ki, skeletin üzərində tədqiqat aparan mütəxəssislər onun çəkisinin 6 ton və hündürlüyünün 9 metr olduğunu qeyd ediblər. Onun başında üç ədəd qalxanvari buynuz da var.

Bildirilib ki, tapılan skelet dinozavrın nadir rast gəlinən növünə aiddir. Bu, elmi muzey tərəfindən də təsdiq edilib.

Scroll Up