Avqust, 2017

now browsing by month

 

Gürcüstan prezidenti Azərbaycana minnətdarlıq etdi

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ölkə ərazisində baş verən meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycana və Türkiyəyə minnətdarlıq edib. Dövlət başçısı keçirdiyi brifinqdə təbii fəlakətin aradan qaldırılması üçün bütün dövlət resurslarının səfərbər edildiyini bildirib. Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda da Gürcüstan hökumətinin Azərbaycana təşəkkürü ifadə olunur. “Gürcüstan hökumətiRead the Rest…


Pensiyaçıların pulunu oğurlayan 27 yaşlı oğlan həbs edildi – VİDEO

Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb. “ARB TV”dən verilən məlumata əsasən, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib. Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur. SaxlanılanRead the Rest…


“Heydər və İlham Əliyevlərə qarşı Qorbaçov alçaq hərəkət edib” – Vladimir Solovyov

Bu günlərdə “Vladimir Solovyovla bazar axşamı” verilişində Mixail Qorbaçovun SSRİ-nin son illərində hakimiyyətindən söhbət açan proqramın aparıcısı Vladimir Solovyov baş katibin Siyasi Büronun üzvlərindən biri – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə qarşı necə alçaq hərəkət etməsinə diqqət yönəldib. Qeyd olunub ki, bu, bir vaxtlar Heydər Əliyev yeniRead the Rest…


İlham Əliyev sabiq prezidentlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin başçılıq etdiyi, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliev və Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, İsrailin sabiq Prezidenti Dalia İtzik, Bosniya və HerseqovinanınRead the Rest…


Cocuq Mərcanlıda yeni evlər tikilir

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi uğurla davam etdirilir. Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, inşaat işlərinə 30-a yaxın texnika,Read the Rest…


İlham Əliyev Gədəbəy və Şəmkir rayonlarına getdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gəlib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. BildirildiRead the Rest…


Azərbaycan əhalisinin sayı açıqlandı

2017-ci ilin yanvar-iyun aylarında əhalinin sayı 40096 nəfər və ya 0,4% artaraq 2017-ci il iyul ayının 1-i vəziyyətinə 9 mln. 850,1 min nəfərə çatıb.   “Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulmuş körpə qeydə alınıb və əhalinin hərRead the Rest…


“Barselona” Neymarın yerinə futbolçu aldı – Çindən

Neymarı 222 milyon avroya PSJ-yə satan “Barselona” onun yerini doldurub. Kataloniya klubu bir müddətdir danışıqlar apardığı Paulinyonun transferini açıqlayıb. “Barselona” 29 yaşlı futbolçu üçün çinlilərə 40 milyon avro ödəyəcəyini elan edib. Çərşənbə günü tibbi müayinədən keçəcək Paulinyo ilə 4 illik müqavilə imzalanacaq. “Barselona” yeni transferinin müqaviləsinə 120 milyon avroluq müqaviləRead the Rest…


Bakıda kafedə kütləvi dava: 1 ölü, 2 yaralı

Bakıda qətl törədilib.   Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər – Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.   Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindənRead the Rest…


Türk qırıcıları İraqda 21 terrorçunu məhv etdi

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 21 üzvünü məhv edib. “Anadolu”ya istinadən xəbər verilir ki, bu barədə Türkiyə Ordusunun Baş Qərargahının məlumatında deyilir. Mənbə bildirir ki, bazar ertəsi Türkiyənin Hərbi Hava Qüvvələri Qəndildə 13 terrorçunu məhv edib, daha 8 nəfər ağır yaralanıb. Bundan əlavə, PKK-nın 4 obyekti,Read the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up