Home / İdman  / Dünya çempionatı: Azərbaycan cüdoçusu gümüş medal aldı

Dünya çempionatı: Azərbaycan cüdoçusu gümüş medal aldı

Avqustun 28-də Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medala sahib olub. Mundialda yarışın ilk günündə 60 kiloqram çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov finala gedən yolda

Avqustun 28-də Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medala sahib olub.

Mundialda yarışın ilk günündə 60 kiloqram çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov finala gedən yolda bolqarıstanlı Yanislav Qerçevi və Portuqaliya təmsilçisi Qonsalo Mansinyonu ippon fəndi ilə məğlub edib. O, üçüncü görüşdə dünya və Asiya çempionu, Rio Olimpiadasının gümüş mükafatçısı qazaxıstanlı Yeldos Smetovu əzmkar mübarizədə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Növbəti mərhələdə Rio Olimpiadasının bürünc mükafatçısı özbəkistanlı Diyorbek Urozboeva ilə üz-üzə gələn idmançımız bu dəfə də ipponla qələbə qazanaraq finala yüksəlib.

Həlledici görüşdə 2013-cü ilin dünya və son Asiya çempionu, yaponiyalı Naohişa Takato ilə qarşılaşan idmançımız gümüş medalla kifayətlənməli olub.

Bu gün 48 kiloqram çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdə rəqiblərinə uduzaraq mübarizəni dayandırıblar.

Dünya çempionatında 134 ölkədən təxminən 800 cüdoçu mübarizə aparır. Azərbaycan milli komandası bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) geniş heyətlə təmsil olunur. Çempionata sentyabrın 3-də yekun vurulacaq.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview