Home / Hadisə  / Pensiyaçıların pulunu oğurlayan 27 yaşlı oğlan həbs edildi – VİDEO

Pensiyaçıların pulunu oğurlayan 27 yaşlı oğlan həbs edildi – VİDEO

Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb. “ARB TV”dən verilən məlumata əsasən, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib. Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222

Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb.

“ARB TV”dən verilən məlumata əsasən, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib.

Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur.

Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview