Home / İdman  / “Qarabağ” bu gün tarixi oyununa çıxacaq

“Qarabağ” bu gün tarixi oyununa çıxacaq

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.   Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.

 

Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son addımı atmağa çalışacaq. Son 3 ildə pley-offun astanasında ilişən Qurban Qurbanovun yetirmələri bu raunddakı ilk matçını evdə keçirəcək. Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”lə üz-üzə gələcək. Əyalət klubu Danimarka çempionunu zərərsizləşdirməklə daha bir tarix yazmağın astanasındadır.

 

Bu, Azərbaycan klublarının şimal ölkəsinin təmsilçiləri ilə ikinci duelidir. İlk qarşılaşmalar da məhz bu iki komanda arasında olub. 1998/99 mövsümünün Kuboklar kubokunda “Qarabağ”la “Kopenhagen”in yolları kəsişib. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan “Qarabağ” 19 il sonra revanş almağa köklənib.

 

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq. (Apasport.az)

 

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyun

15 avqust

 

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Baş hakim: Paolo Taqliavento (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview