Home / İdman  / Ronaldo 5 oyunluq cəzalandırıldı – VİDEO

Ronaldo 5 oyunluq cəzalandırıldı – VİDEO

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo İspaniya Kral Futbol Federasiyasının qərarı ilə 5 oyunluq cəzalandırılıb. Bu barədə məlumat federasiyanın rəsmi saytında yerləşdirilib. İspaniya Superkubokunun ilk oyununda “Barselona” ilə qarşılaşmanın 82-ci dəqiqəsində portuqaliyalı futbolçu hakimi aldatmağa cəhdə görə ikinci

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo İspaniya Kral Futbol Federasiyasının qərarı ilə 5 oyunluq cəzalandırılıb.

Bu barədə məlumat federasiyanın rəsmi saytında yerləşdirilib.

İspaniya Superkubokunun ilk oyununda “Barselona” ilə qarşılaşmanın 82-ci dəqiqəsində portuqaliyalı futbolçu hakimi aldatmağa cəhdə görə ikinci sarı və ardınca qırmızı vərəqə ilə meydandan qovulub.

Kriştiano Ronaldo buna emosional reaksiya verib və hakimi arxadan itələyib. Bu epizod oyunun protokoluna daxil edilib. Nəticədə federasiya futbolçunu qırmızı vərəqəyə görə 1, hakimə qarşı hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edib.

 

Qeyd edək ki, “Barselona” – “Real” oyunu avqustun 13-də “Kamp Nou” stadionunda keçirilib və “Real”ın 1:3 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo 58-ci dəqiqədə meydana əvəzetmə ilə daxil olub və qırmızı vərəqə alanadək bir qol vurub.

 

Cavab oyunu avqustun 17-də Madriddə keçiriləcək. (APA)

 

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview