Yüklənir

Gözləyin

PSG “Monako”nun futbolçusu Kilian Mbappeni də aldı

“Monako”nun futbolçusu Kilian Mbappe PSG komandasına transfer olunub.

İspaniyanın “Marca” qəzetinə istinadla xəbər verilir ki, klublar 18 yaşlı futbolçunun transferi ilə bağlı məsələni həll ediblər. Yaxın vaxtlarda onunla rəsmi müqavilə imzalanacaq.

PSG Mbappeyə görə qarşı tərəfə 160 milyon avro və 20 milyon bonus ödəyəcək.

Scroll Up