Cümə, Avqust 11th, 2017

now browsing by day

 

Evə girən qarğa körpə uşağı öldürdü

Misirin İsgəndəriyyə şəhərində qarğa bir evə girərək 7 aylıq körpəni öldürüb. Bu barədə İsgəndəriyyə şəhərinin polis bölməsi məlumat yayıb. Məlumatda bildirilir ki, balkondan evə girən qarğa otaqda yatan Adəm adlı körpəni boynundan yaralayıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatı xilas etmək mümkün olmayıb.


ABŞ prezidenti Şimali Koreya rəhbərliyini yenə hədələdi

Xəbər verildiyi kimi, Şimali Koreya rəhbərliyi artıq bir neçə gündür ki, Sakit okeanda Amerikanın Quam ərazisinə zərbələr endirəcəyi barədə hədə-qorxu gəlir. Bu hədələrə cavab olaraq Prezident Donald Tramp cümə axşamı Şimali Koreya rəhbərliyinə bir daha xəbərdarlıq edib. Tramp Şimali Koreyanın bəyanatlarını cavabsız qoymayıb və bildirib ki, deyəsən, ABŞ-ın Pxenyana “atəşRead the Rest…


Türkiyənin görkəmli aktyoru vəfat edib

Türkiyənin görkəmli aktyoru Seyfettin Karadayı vəfat edib. Türkiyə mətbuatına istinadla xəbər verilir ki, 94 yaşlı aktyor İstanbulda Yeniköy məzarlığında dəfn olunacaq. Qeyd edək ki, Karadayı 1970-ci ildən bu sənətdə olub. Kemal Sunalla 12 filmdə birgə oynayıb. O, karyerası ərzində 750-dən çox filmdə və serialda rol alıb.


PSG “Monako”nun futbolçusu Kilian Mbappeni də aldı

“Monako”nun futbolçusu Kilian Mbappe PSG komandasına transfer olunub. İspaniyanın “Marca” qəzetinə istinadla xəbər verilir ki, klublar 18 yaşlı futbolçunun transferi ilə bağlı məsələni həll ediblər. Yaxın vaxtlarda onunla rəsmi müqavilə imzalanacaq. PSG Mbappeyə görə qarşı tərəfə 160 milyon avro və 20 milyon bonus ödəyəcək.


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up