Home / İdman  / Türkiyə milli futbol komandasının yeni baş məşqçisi bəlli oldu

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi bəlli oldu

Türkiyə Futbol Federasiyası Mirça Luçeskunu milli futbol komandasının baş məşqçisi təyin edib. Anadolu informasiya agentliyinə istinadla xəbər verilir ki, Luçesku ilə üç (2+1) illiyə müqavilə imzalanmasına dair razılıq əldə olunub. Müqavilənin rəsmi imzalanma mərasimi avqustun 4-də

Türkiyə Futbol Federasiyası Mirça Luçeskunu milli futbol komandasının baş məşqçisi təyin edib.

Anadolu informasiya agentliyinə istinadla xəbər verilir ki, Luçesku ilə üç (2+1) illiyə müqavilə imzalanmasına dair razılıq əldə olunub. Müqavilənin rəsmi imzalanma mərasimi avqustun 4-də keçiriləcək.

Rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku bundan əvvəl Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klublarının baş məşqçisi olmuş və hər iki komandanı çempionluq zirvəsinə yüksəltmişdi.

Xatırladaq ki, Türkiyə milli futbol komandasının sabiq baş məşqçisi Fatih Terim bir həftə əvvəl vəzifəsindən istefa verib. O, milli komandaya 2013-cü ildən rəhbərlik edirdi.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview