Home / İdman  / Neymar “PSJ”-yə keçmək üçün tibbi müayinədən keçib

Neymar “PSJ”-yə keçmək üçün tibbi müayinədən keçib

“Barselona” və Braziliya millisinin hücumçusu Neymar Fransanın “PSJ” klubuna keçmək üçün tibbi müayinədən keçib.   Bu barədə “L’Equipe” qəzeti xəbər verib.   Tibbi müayinə Portuqaliyada, “PSJ” klubunun həkimi Erik Rolen və klubun idman koordinatoru, yaxın keçmişdə məşhur oyunçusu Maksvelin iştirakı ilə

“Barselona” və Braziliya millisinin hücumçusu Neymar Fransanın “PSJ” klubuna keçmək üçün tibbi müayinədən keçib.

 

Bu barədə “L’Equipe” qəzeti xəbər verib.

 

Tibbi müayinə Portuqaliyada, “PSJ” klubunun həkimi Erik Rolen və klubun idman koordinatoru, yaxın keçmişdə məşhur oyunçusu Maksvelin iştirakı ilə baş tutub.

 

Məlumata əsasən, Neymarın Paris klubuna transferi həftənin sonunadək rəsmiləşəcək. “PSJ” futbolçuya görə “Barselona”ya 222 milyon avro ödəməli olacaq. Fransa klubu ilə razılaşdırılan müqavilənin şərtlərinə görə, braziliyalı futbolçu ildə təxminən 30 milyon avro məvacib alacaq. (APA)

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview