Home / Cəmiyyət  / Eldar Mahmudov kimdir? Nəyə görə özü və qohumları işdən çıxarılıb?

Eldar Mahmudov kimdir? Nəyə görə özü və qohumları işdən çıxarılıb?

Dünyanın bir çox tanınmış şəxsiyyətləri, alim, yazıçıları və siyasətçiləri haqda ilk dolğun və dəqiq məlumat axtarmaq istəyən şəxs öncə Vikipediyaya müraciət edir. Ad və soyadını başlığa çıxartdığımız Eldar Mahmudov haqda da həmin virtual, açıq ensiklopediyada xeyli

Dünyanın bir çox tanınmış şəxsiyyətləri, alim, yazıçıları və siyasətçiləri haqda ilk dolğun və dəqiq məlumat axtarmaq istəyən şəxs öncə Vikipediyaya müraciət edir.

Ad və soyadını başlığa çıxartdığımız Eldar Mahmudov haqda da həmin virtual, açıq ensiklopediyada xeyli informasiya var. Gəlin onlara gözucu nəzər salaq.

Картинки по запросу eldar mahmudov

1956-cı ildə Bakı şəhərində anadan olan Eldar Mahmudovun görün neçə titulları olub.

  • Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri və Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri (2004—2015), general-polkovnik.
  • Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin keçmiş üzvü.
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvü.
  • Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü.
  • Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı yaranmış Təşkilat Komitəsinin üzvü.

Bakıda doğulsa da ata nəsli əslən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib.

1993-2003-cü illərdə İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Mötəbər beynəlxalq qurumların işində, o cümlədən dünyanın bir çox ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil edib. Çoxsaylı beynəlxalq hüquqi sənədlərin, o cümlədən Korrupsiya ilə mübarizə haqqında BMT Konvensiyasının hazırlanmasında bilavasitə iştirak edib.

Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyul 2004-cü il tarixli 320 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri təyin olunub və general-mayor hərbi rütbəsi verilib. 16 mart 2005-ci il tarixli sərəncamla general-leytenant, 27 mart 2014-cü il tarixli sərəncamla isə general-polkovnik ali hərbi rütbəsi alıb.

2005-ci ildə “Azərbaycan bayrağı” ordeni, 2009-cu ildə isə “Böyük zabit” ordeni alan bu nazir Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Təbii ki, elə həmin gün milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən çıxarılması ölkədə şok effekti yaratdı. Axı hansı səbəbə görə ölkə başçısı onu işdən qovdu. Əslində böyük hay-küylə işdən qovulan bu məmurun indiyədək tutulmaması da böyük müəmmalar yaradır. Çünki onun yan-yörəsi, medianın diliylə desək, iş adamlarını incidərək pul yığanlarının çoxu həbsxanada yatır.

Hazırda baş tutan məhkəmə materiallarına görə onlar pul yığmaqla yanaşı, MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.

Bütün bu gizli əməliyyatlar isə çox güman ki, birbaşa nazirin göstərişilə həyata keçirilib. Bəs belə olan halda niyə o, öz evində rahatca ömür sürür.

Картинки по запросу Cahangir Hacıyev

3 övlad sahibi olan bu sabiq nazirin ölkəyə vurduğu ən böyük zərər isə qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və digərilərilə ölkənin bank və maliyyə sektorunu çökdürməyə yönəlik əməlləri olub.

Картинки по запросу Ziya Məmmədov

İddialara görə, nəqliyyat naziri Ziya Məmmədov da bu olaydan sonra öz vəzifəsini itirdi. Hələ bu azmış kimi rəhbərlik etdiyi nazirlik də tamamilə ləğv edildi.

Eldar Mahmudovun qohumları da eyni taleyi yaşadı. O, nazir kreslosunu itirəndən cəmi 23 gün sonra həyat yoldaşının dayısı oğlu, 36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-nin Hərbi Hissə komandiri vəzifəsindən uzaqlaşdırıldı və təhlükəsizlik sistemində işə yararsız hesab edildi.

İşdən çıxarılma prosesi daha da dərinləşməyə başladı. Belə ki, nazirin yaxın qohumları – Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov və onun qardaşı Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynov da vəzifələrini itirənlər sırasına qatıldılar.

2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışan Eldar Mahmudovun xanımı Tahirə Mahmudova da  öz ərizəsi ilə işdən çıxdı.

Daha sonra isə Eldar Mahmudovun yaxın qohumu Pərvanə Şəfiyeva da Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edildi. Elə həmin nazirliyin Karantin şöbəsinin rəisi vəzifəsində çalışan və MTN şefinin əmisi oğlu kimi tanınan Elşad Mahmudov da çıxarılanların cərgəsinə qoşuldu.

Eldar Mahmudovun daha bir qohumu, Fövqəladə Hallar Nazirliyinin əslən Naxçıvandan olan əməkdaşı, mayor Vüqar Xudiyev də o stixiyanın təsirilə işdən qovuldu və hazırda ailəsilə birgə Almaniyada qaçqın həyatını yaşayır.

Xatırladaq ki, milli təhlükəsizlik nazirlərindən hələ heç biri vəzifəsindən bu cür getməyib. 11 il nazir işləyən general-polkovnik Eldar Mahmudov işdən azad edildikdən sonra nazirlikdə rəhbər vəzifələrdə çalışan bir neçə şəxs həbs edildi, 250-dən çox əməkdaşı işdən çıxarıldı, nazirlik ləğv edildi, nazirliklə bağlı cinayət işi açıldı, nazirin atasının büstü Naxçıvanda uçuruldu və bu gərginlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də sıçradı. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da işdən çıxarıldı, qurumun rəhbər vəzifələrində çalışanlar həbs edildi, bəziləri işini itirdi.

Картинки по запросу əli abbasov

Qeyd edək ki, ötən ay Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarıldı və həmin qərar icra olunması üçün prokurorluğa göndərildi.

Eldar Mahmudovun həbsindən sonra onun işdən qovulan və təqsirləri sübuta yetirilən qohumları haqda da belə qərarın çıxarılması gözlənilir.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview