Home / Hadisə  / Sumqayıtda yanğın: 15 sakin təxliyə olundu

Sumqayıtda yanğın: 15 sakin təxliyə olundu

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində binanın 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 kvadratmetr olan üçotaqlı mənzilin bir otağı yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı əriyib. Yanğın

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində binanın 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 kvadratmetr olan üçotaqlı mənzilin bir otağı yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı əriyib.

Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib. Mənzillərdən 15 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Print Friendly, PDF & Email
Review overview