Home / Elm və texnologiya  / Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət Dəniz Akademiyasının gəmi energetik qurğularının istismarı mühəndisliyi, dəniz naviqasiyası mühəndisliyi və elektrik mühəndisliyi ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlərlə bağlı məlumat yayıb. DİM-dən bildiriblər ki, müsabiqədə 2017/2018-ci tədris ilində

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət Dəniz Akademiyasının gəmi energetik qurğularının istismarı mühəndisliyi, dəniz naviqasiyası mühəndisliyi və elektrik mühəndisliyi ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlərlə bağlı məlumat yayıb.

DİM-dən bildiriblər ki, müsabiqədə 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında tələb olunan şərtləri ödəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər iyulun 31-dən avqustun 3-dək Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə, ev 120 A (Gömrük Hospitalının yanı) ünvanında yerləşən “AXDG” QSC-nin 1 saylı poliklinikasında xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər.

Müayinədən uğurla keçən abituriyentlər üçün ixtisas seçimi avqustun 6-dan 10-dək davam edəcək.

Print Friendly, PDF & Email
Review overview