Lerikdə broyler fabrikində partlayış: 1 ölü, 2 yaralı

print
Lerikin Piran kəndində broyler fabrikində partlayış olub.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun AZƏRTAC-a verdiyi məlumata görə, hadisə iyulun 27-də səhər saat 10.30 radələrində “Lerik Broyler” MMC-də baş verib. İlkin ehtimala görə, partlayış fabrikin kəsim sexində olub.

Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Mübariz Ağayev bildirib ki, xəsarət alanların vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up