Home / İdman  / “Qarabağ” klubu Moldovanın “Şerif” komandasını qəbul edəcək

“Qarabağ” klubu Moldovanın “Şerif” komandasını qəbul edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu bu gün ilk oyununu keçirəcək. Təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq. Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu bu gün ilk oyununu keçirəcək.

Təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.

Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey Tsinkeviç olacaq. Baş hakimə həmyerliləri Yevgeni Romanov və Vitali Malyutin kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

“Qarabağ”-“Şerif” oyunu saat 21:00-da start götürəcək.

Print Friendly, PDF & Email
Review overview