Yasamalda yanğın: 30 nəfər təxliyə olundu

print
Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 24-də Yasamal rayonunda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildiriblər ki, hadisə nəticəsində altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 kvadratmetr olan çardağı və vətəndaşa məxsus sahəsi 36 kvadratmetr olan bir otaq yanıb. Yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up