Home / İqtisadiyyat  / “Cavid Qurbanov mənə dedi ki, ermənilər əngəllədilər…” – Türkiyəli jurnalist

“Cavid Qurbanov mənə dedi ki, ermənilər əngəllədilər…” – Türkiyəli jurnalist

Təməli 2007-ci idə qoyulan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin nəhayət bu ilin sonunda tamamlanacağı açıqlanıb. Bu günlərdə Türkiyənin Qars şəhərində layihənin əhatə etdiyi ölkələrin nəqliyyat və dəmir yol rəsmilərinin iştirakı ilə keçirilən toplantıda deyilib ki, Tbilisi-Qars

Təməli 2007-ci idə qoyulan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin nəhayət bu ilin sonunda tamamlanacağı açıqlanıb.

Bu günlərdə Türkiyənin Qars şəhərində layihənin əhatə etdiyi ölkələrin nəqliyyat və dəmir yol rəsmilərinin iştirakı ilə keçirilən toplantıda deyilib ki, Tbilisi-Qars dəmir yolunun Türkiyə tərəfində 68 kilometrlik, Gürcüstan tərəfində isə 30 kilometrlik hissəsinin tamamlanmasından sonra sentyabrda sınaq qatarlarının buraxılacağı açıqlanıb.

Həmin toplantını izləyən jurnalistlərdən biri, “Habertürk” qəzetinin yazarı Serpil Yılmaz bildirir ki, həmin 98 kilometrlik yolun tikintisi üçün düz 10 il vaxt lazım gəldiyi inandırıcı görünmür.Axı necə ola bilər ki, həmin müddətdə bir sıra meqa infrastruktur layihələri həyata keçirən Türkiyə ildə cəmi 10 kilometr rels döşəsin?

“Azərbaycan Dövlət Dəmir Yollarının rəhbəri Cavid Qurbanov toplantı zamanı söhbətimizdə “ermənilər əngəllədilər” dedi. Onun bu tezisinin layihənin ləng həyata keçirilməsində payı ola bilər. Axı Bakı-Tbilisi-Qars dəmir yolu tamamlanandan sonra Türkiyənin SSRİ dövründən qalan Ermənistan dəmir yollarına ehtiyacı qalmır”-müəllif yazır.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlanması illərdir ləngiyirdi. Bu, gah Türkiyə tərəfində “havaların sərt keçməsi”, gah podratçı şirkətlərin işləri yarıtmaz həyata keçirməsi, Gürcüstan tərəfdə isə yolun keçdiyi ərazilərdə relyefin sərt olması kimi müxtəlif səbəblərlə əsaslandırılırdı. Azərbaycan bu layihə üçün Gürcüstana yüz milyonlarla dollar güzəştli kredit ayırıb, strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizinin mümkün qədər tez işə düşməsi həm siyasi, həm iqtisadi baxımdan olduqca mühümdür. Bu günlərdə Türkiyə mənbələri bildirmişdi ki, layihəni əngəlləmək istəyən “çox nüfuzlu dairələr” var. İndi Cavid Qurbanov ermənilərin əngəli barədə danışır. Burada söhbət birbaşa təsirdən əlbəttə ki, gedə bilməz. Lakin Rusiya və ABŞ-dakı erməni lobbi çevrələrinin həmin ölkələr vasitəsilə layihəyə əngəllər yaratması səyləri, bu haqda çox vaxt açıq danışılmasa da, mövcud idi. (Virtualaz.org)

Print Friendly, PDF & Email
Review overview