Home / Mədəniyyət  / Xətainin abidəsi başqa yerə köçürüləcək?

Xətainin abidəsi başqa yerə köçürüləcək?

“Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizim quruma hər hansı məlumat daxil olmayıb”. Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyiyanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib. Onun sözlərinə

“Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizim quruma hər hansı məlumat daxil olmayıb”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyiyanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

Onun sözlərinə görə, hazırda heykəlin yerinin dəyişdirilməsi məsələsi müzakirə olunmur: “Bu gün üçün deyə bilərəm ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sabah nə olacaq, o haqda danışmaq tezdir. Gələcəkdə dövlət əhəmiyyətli hər hansı proqram həyata keçirilərsə, abidənin yerinin dəyişdirilməsi mümkün ola bilər. Yenə təkrar edirəm ki, bu gün üçün həmin heykəlin yerinin dəyişdirilməsi haqda məndə heç bir məlumat yoxdur”.

Z.Bağırov əlavə edib ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yol istismarı və nəqliyyatın təşkilini həyata keçirən hər hansı qurumdan müraciət daxil olmayıb.

12:45

Xəbər verdiyimiz kimi, Yollarının Optimallaşdırılması Layihəsi çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri Yusif Səfərov küçəsi ilə bağlı geniş təhlillər aparıb, yolda nəqliyyatın maneəsiz hərəkətinə səbəb olan problemlər müəyyən edilərək optimal həll yolları təklif edilib.

Virtualaz.org-un əməkdaşının sualına cavab olaraq bildirilib ki, layihə təsdiq olunandan sonra müvafiq qurumların icazəsi ilə əgər məsləhət olarsa, hazırda Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsi başqa yerə köçürüləcək.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview