Home / Hadisə  / Türkiyədə 6.3 gücündə zəlzələ – 2 ölü, 90 yaralı var – FOTO

Türkiyədə 6.3 gücündə zəlzələ – 2 ölü, 90 yaralı var – FOTO

Türkiyədə Muğla sahillərində gecə saatlarında 6.3 bal gücündə zəlzələ meydana gəlib. Bu haqda məlumatı haberler.com saytı yayıb. Məlumata görə, bir çox yerləri silkələyən zəlzələdə Kos adasında 2 adam həyatını itirib. Bodrumda 70, Datçada 20 vətəndaş yaralanıb. Muğla sahillərində

Türkiyədə Muğla sahillərində gecə saatlarında 6.3 bal gücündə zəlzələ meydana gəlib.

Bu haqda məlumatı haberler.com saytı yayıb.

Məlumata görə, bir çox yerləri silkələyən zəlzələdə Kos adasında 2 adam həyatını itirib. Bodrumda 70, Datçada 20 vətəndaş yaralanıb.

Muğla sahillərində saat 01: 31-də meydana gələn zəlzələ Ege bölgəsinin çox sayda şəhərində hiss olundu və vətəndaşları qorxutdu.

Boğaziçi Universitetinin Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu isə zəlzələnin 5 km dərinlikdə və 6.2 şiddətində olduğunu dedi. Kandill zəlzələnin əsas mərkəzinin Gökova körfəzi olduğunu da ifadə etdi.
Zəlzələnin ardından son olaraq saat 08.03-də 4.5 böyüklüyündə bir silkələnmə meydana gəldi.

Yunanıstan qaynaqları isə ilk verdikləri məlumatlarda zəlzələnin 6.6, ABŞ Geoloji Araşdırmalar Təşkilatı isə 6.7 civarında olduğunu açıqladılar.

Print Friendly, PDF & Email
Review overview