Home / İdman  / “Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinə yüksəldi – VİDEO

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinə yüksəldi – VİDEO

"Qəbələ" klubu futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib. "Qırmızı-qaralar" Avroliqanın II təsnifat mərhələsində Polşa "Yagelloniya"sını üstələyib. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Belostok şəhərindəki cavab görüşündə 2:0 hesablı qələbə qazanıb. Qolları İlqar Qurbanovla Filip Ozobiç

“Qəbələ” klubu futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Qırmızı-qaralar” Avroliqanın II təsnifat mərhələsində Polşa “Yagelloniya”sını üstələyib.

Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Belostok şəhərindəki cavab görüşündə 2:0 hesablı qələbə qazanıb. Qolları İlqar Qurbanovla Filip Ozobiç vurub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, “Qəbələ” ümumi nəticədə mərhələ adlayıb.

III təsnifat mərhələsində onun rəqibi Yunanıstan “Panatinaikos”u olacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək.

Xatırladaq ki, iki komanda 2015-2016 mövsümündə Avroliqanın “play-off”unda üz-üzə gəlmiş və “Qəbələ” səfərdə vurduğu qollar sayəsində mərhələ adlamışdı – 0:0, 2:2.(“Report”)

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview