Home / İdman  / Avropa Liqası: Bu gün “Qəbələ” və “Zirə” cavab oyunlarına çıxacaq

Avropa Liqası: Bu gün “Qəbələ” və “Zirə” cavab oyunlarına çıxacaq

Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab matçına çıxacaq. Bu mərhələnin ikinci oyunu çərçivəsində Qəbələ təmsilçisi səfərdə Polşanın “Yagelloniya” komandası ilə qarşılaşacaq. Görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş

Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab matçına çıxacaq.

Bu mərhələnin ikinci oyunu çərçivəsində Qəbələ təmsilçisi səfərdə Polşanın “Yagelloniya” komandası ilə qarşılaşacaq.

Görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi rumıniyalı Konstantin Sebastyan Koltesku olacaq. Ona həmyerliləri Radu Adrian Stefan Ginquleaç və Vladimir Urzika kömək edəcəklər. Dördüncü hakim funksiyasını George Katalin Qaman yerinə yetirəcək.

Qeyd edək ki, Belostok şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.

“Qırmızı-qaralar” iki oyunun nəticəsinə görə Polşanın “Yagelloniya” komandasından üstün olsa, təsnifat mərhələsinin növbəti turunda “Panatinaikos” (Yunanıstan) klubu ilə görüşəcək.

Yunanıstan təmsilçisi UEFA Avropa Liqasına üçüncü təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunu isə iyulun 27-də Yunanıstanda, cavab matçı avqustun 3-də Bakıda olacaq.

Bu gün Bakının “Zirə” futbol klubu da UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək.

Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Astra” (Rumıniya) ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək matçı gürcüstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Georgi Vadaçkoria olacaq. Ona həmyerliləri Zaza Menteşaşvili və Giorgi Elikaşvili kömək edəcəklər. Dördüncü hakim funksiyasını Georgi Kikaçeişvili yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi estoniyalı Tarqo Kaldoya, hakim-inspektoru isə rusiyalı Sergey Zuyev olacaq.

“Zirə”-“Astra” oyunu saat 21:00-da başlayacaq.

Komandalar arasında bir həftə əvvəl Rumıniyada təşkil olunan birinci matçda “Astra” 3:1 hesabı ilə qalib gəlib.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview