Home / Mədəniyyət  / Jurnalistlər üçün daha bir bina tikiləcək – Prezidentin sərəncamı

Jurnalistlər üçün daha bir bina tikiləcək – Prezidentin sərəncamı

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün üçüncü binanın tikintisinə 5 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.  Sərəncam ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi ilə imzalanıb. Sərəncama əsasən,  Azərbaycanın

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün üçüncü binanın tikintisinə 5 milyon manat ayrılması haqqında sərəncam imzalayıb. 

Sərəncam ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi ilə imzalanıb.

Sərəncama əsasən,  Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Print Friendly, PDF & Email
Review overview