Home / İdman  / Çempionlar Liqası: “Qarabağ” Gürcüstandan qələbə ilə qayıdır – VİDEO

Çempionlar Liqası: “Qarabağ” Gürcüstandan qələbə ilə qayıdır – VİDEO

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanın “Qarabağ” klubu səfərdə Gürcüstanın “Samtredia” komandasının qonağı olub. Tbilisinin Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 22-ci dəqiqədə

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycanın “Qarabağ” klubu səfərdə Gürcüstanın “Samtredia” komandasının qonağı olub.

Tbilisinin Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 22-ci dəqiqədə Donald Gerryer vurub.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə Qurban Qurbanovun yetirmələri 5:0 hesabı ilə qələbə qazanmışdılar.

II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi olacaq.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview