Home / Mədəniyyət  / Mətbuat Şurası jurnalist Qulu Kəngərlini təltif edib

Mətbuat Şurası jurnalist Qulu Kəngərlini təltif edib

Mətbuat Şurası Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlini 60 illik yubileyi və jurnalistika sahəsindəki çoxillik səmərəli fəaliyyəti ilə əlaqədar xüsusi diplomla təltif edib. Mətbuat Şurasından bildiriblər ki, MŞ

Mətbuat Şurası Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlini 60 illik yubileyi və jurnalistika sahəsindəki çoxillik səmərəli fəaliyyəti ilə əlaqədar xüsusi diplomla təltif edib.

Mətbuat Şurasından bildiriblər ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov uzun illərdən bəri tanıdığı yubilyarı peşəsinə sadiq, ziyalı mövqeyinə malik jurnalisti kimi dəyərləndirib. O, Şuranın xüsusi diplomunu Q.Kəngərliyə təqdim edib. Q.Kəngərli etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Q.Kəngərli 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Radiosunda başlayıb. Uzun illərdir AZƏRTAC-da çalışır. O, azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar tədqiqatlar aparıb. Ssenarisi əsasında “Sürgün” adlı sənədli film çəkilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Qulu Kəngərli, həmçinin Özbəkistanın jurnalistika sahəsində “Qızıl qələm” mükafatı laureatıdır.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview