Home / İqtisadiyyat  / Bu qəsəbələrdə yeni yerüstü piyada keçidləri inşa olunub

Bu qəsəbələrdə yeni yerüstü piyada keçidləri inşa olunub

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konstruksiyalı yerüstü piyada keçidlərinin inşası “Azəravtoyol” ASC tərəfindən yekunlaşıb. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konstruksiyalı yerüstü piyada keçidlərinin inşası “Azəravtoyol” ASC tərəfindən yekunlaşıb.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 metr, pilləkən hissələr də daxil olmaqla ümumi uzunluğu 81,4 metrdir.

Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40,5 metr, pilləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 metrdir. Hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.

Qeyd olunub ki, metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5,5 metr təşkil edir, qalereyasının eni isə 3 metrdir.

Yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Print Friendly, PDF & Email
Review overview