Home / Maraqlı  / Araz Ağalarov: Emin haqda bunu kim uydurub?

Araz Ağalarov: Emin haqda bunu kim uydurub?

"Krokus" qrupunun sahibi, milyarder Araz Ağalarov ABŞ prezidenti Donald Trampın oğlu tərəfindən dərc edilmiş və Hillari Klinton əleyhinə kompromatla əlaqədər onun oğlu Emin Ağalarovun adı çəkilən məktubu “uydurma” adlandırıb. BFM-ə müsahibəsində A.Ağalarov deyib: “Mən düşünürəm, bu,

“Krokus” qrupunun sahibi, milyarder Araz Ağalarov ABŞ prezidenti Donald Trampın oğlu tərəfindən dərc edilmiş və Hillari Klinton əleyhinə kompromatla əlaqədər onun oğlu Emin Ağalarovun adı çəkilən məktubu “uydurma” adlandırıb.

BFM-ə müsahibəsində A.Ağalarov deyib: “Mən düşünürəm, bu, hansısa bir uydurmadır. Amma onu kim uydurur, bilmirəm. Hillari Klintonun bura nə dəxli var? Mən bilmirəm…”.

“Trampın oğlu ilə tanışsınızmı” sualına Araz Ağalarov “yox” cavabı verib.

“Onunla Emin tanışdır, mən tanış deyiləm. Amma biz beynəlxalq gözəllik yarışması keçirdik və orada müəyyən əlaqələr oldu. Onlar təxminən eyni yaşdadır, haradan bilim ki, hansı formada ünsiyyət saxlayırdılar. Bəli, ünsiyyət saxlayırdılar, ancaq necə, nədən danışırdılar, bilmirəm”, – deyə A.Ağalarov bildirib və əlavə edib ki, Trampın oğlu bir müddət Eminlə menecer kimi işləyib və yəqin, yaxud ehtimal ki, Amerikada nəsə müəyyən işlər görüb.

“Ümumiiyyətlə, o işləyirdi. Onlar ünsiyyət saxlayırdılar”, – deyə milyarder bir daha vurğulayıb. (Virtualaz.org)

POST TAGS:
Review overview