Çərşənbə, İyul 12th, 2017

now browsing by day

 

“Al-Jazeera” telekanalının bağlanması üçün BMT-yə müraciət edildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyi BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Rəad əl-Hüseynə müraciət ünvanlayıb. Bu barədə BƏƏ-nin WAM İnformasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, sənəddə bir sıra ərəb dövlətinin “Al-Jazeera” telekanalının bağlanılmasına dair tələbi dəstəklənir. “Söz azadlığı ekstremizmin müdafiəsi və haqlı çıxarılması üçün istifadə edilə bilməz”, – müraciətdə deyilir.


Türkiyədə İŞİD-çilərə qarşı əməliyyat – 233 nəfər tutuldu

Türkiyə təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə bağlı əlaqədə olan 233 nəfəri saxlayıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. “Ölkənin 29 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD-lə bağlılığı olan 233 nəfər saxlanılıb. Əməliyyatlar çərçivəsində saxlanılan 25 xarici ölkə vətəndaşı isə ərazi miqrasiya idarələrinə təhvil verilib”.


Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı

Epress nəşri erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna – Azərbaycan əsgərinə ünvanlanmış məktubunu dərc edib. Məktubda deyilir: “Məni orduya çağırdılar və iki il məndə nifrət oyadan yerdə olacağam. Biz ölkələrimizin münaqişəsi haqqında çox danışırdıq və səndə bütün bunlara mənim baxışlarım haqda ümumi fikir var. Beləliklə, sənə yazıramRead the Rest…


Araz Ağalarov: Emin haqda bunu kim uydurub?

“Krokus” qrupunun sahibi, milyarder Araz Ağalarov ABŞ prezidenti Donald Trampın oğlu tərəfindən dərc edilmiş və Hillari Klinton əleyhinə kompromatla əlaqədər onun oğlu Emin Ağalarovun adı çəkilən məktubu “uydurma” adlandırıb. BFM-ə müsahibəsində A.Ağalarov deyib: “Mən düşünürəm, bu, hansısa bir uydurmadır. Amma onu kim uydurur, bilmirəm. Hillari Klintonun bura nə dəxli var?Read the Rest…


İlham Əliyev nazirləri bir araya topladı

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı. Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi İlin birinci yarısı arxada qalıb. Bu gün biz altı ayda görülən işlərəRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up