Home / Elm və texnologiya  / Azərbaycan alimi Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçildi

Azərbaycan alimi Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçildi

Bakı Dövlət Universitetinin (BDU) Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. BDU-dan APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov bu günlərdə Böyük Elmi

Bakı Dövlət Universitetinin (BDU) Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib.

BDU-dan APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov bu günlərdə Böyük Elmi Şuranın genişləndirilmiş yekun iclasında həmin akademiyanın diplomunu, sertifikatını və döş nişanını Knyaz Aslana  təqdim edib.

Qeyd edək ki, Beynəlxalq İnformasiyalaşdırma Akademiyası 1990-cı ildə təsis edilib. Akademiya 1994-cü ildən BMT-nin İctimai İnformasiya Departamenti yanında assosiyalaşdırılmış üzv statusuna, 1995-ci ildən isə BMT-nin İqtisadi və Siyasi Şurasının Baş Məsləhətçi statusuna malikdir. Dünyanın ayrı-ayrı ölkələrində elmin və mədəniyyətin müxtəlif sferalarında informasiya proseslərinin və texnologiyalarının inkişafına imkan yaradan, informasiologiya sahəsində fundamental və tətbiqi problemlərin həlli ilə məşğul olan məşhur alimlər, böyük mütəxəssislər, görkəmli dövlət xadimləri bu Akademiyaya üzv seçiliblər.

 

Knyaz Aslanın tədqiqat sahəsinə dünya kitab və kitabxana mədəniyyətinin tarixi, klassik şair və yazıçıların həyatında kitab və mütaliə mövzusu, bədii ədəbiyyatın təbliği, tərcümə, ədəbiyyatşünaslıq, kitabşünaslıq və jurnalistikanın nəzəri və təcrübi istiqamətləri, ənənəvi və elektron nəşriyyat işinin müasir problemləri, müxtəlif ədəbiyyat növlərinin redaktəsi və s. kimi aktual məsələlər daxildir. Onun rəhbərlik etdiyi Kitabşünaslıq və nəşriyyat işi kafedrası son illərdə tədris və elm sahəsində qazandığı nailiyyətlərə görə BDU-nun reytinq cədvəllərində ön sırada qərarlaşıb. Knyaz Aslan 5 monoqrafiyanın, 30 kitabın, çoxsaylı elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalələrin müəllifi, bir çox kitabların ön söz müəllifi və redaktorudur. O, ABŞ, Rusiya, İran, Ukrayna, Gürcüstan və başqa ölkələrdə elmi ezamiyyətlərdə olub, beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxışlar edib, sertifikat, diplom və fəxri fərmanlarla təltif edilib.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview