Bazar, İyul 9th, 2017

now browsing by day

 

İstanbulda 22-ci Dünya Neft Konqresinin rəsmi açılışı oldu

Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə iyulun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresi işə başlayıb. Dövlət və hökumət nümayəndələrinin, eləcə də dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən konqresdə Azərbaycan da təmsil olunur. Konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibiRead the Rest…


İlham Əliyev Ərdoğanla birgə şam etdi – İstanbulda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyə Respublikasına səfərə gəlib. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısıRead the Rest…


Ermənilərin daha bir uydurması üzə çıxdı

Düşmən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində növbəti təxribat törətdi. Təxribatın hədəfi isə kəndin dinc sakinləri oldu. İnsanlığa sığmayan bu əməlin qurbanı üç günahsız dinc sakin oldu. Aldıqları mərmi yaralarından  50 yaşlı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva öz evlərinin həyətində həlak oldu. Bir nəfər yaralandı.Read the Rest…


Biz düşməndən qorxmuruq – Ön xətdən reportaj

Hər dəfə ön xətdə yerləşən hərbi hissələrə gedəndə, torpaqlarımıza keşik çəkən məğrur döyüşçülərimizlə tanışlıq ürəyimi qürurlandırır. Yenə də həmkarımla birlikdə “N” hərbi hissəsinə gedirik. Yaşayış məntəqələrini keçdikdən sonra dağlı-dərəli yollar başlanır. Elə bil səhranın ortasında yaradılan bu hərbi hissə bir daha ölkə rəhbərliyinin orduya göstərdiyi yüksək diqqət və qayğının barizRead the Rest…


PKK terroru: Türkiyədə 2 əsgər şəhid oldu

Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğu hərbi maşın keçən zaman məsafədən partladılıb. Anadolu Agentliyinə istinadla xəbər verilir ki, Hizran-Tatvan yolunda baş verən partlayış nəticəsində 2 əsgər şəhid olub, 1 mülki şəxs yaralanıb. Bölgədə geniş miqyaslı antiterror əməliyyatı başlayıb.


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up