Home / Mədəniyyət  / MTRŞ: Efirdə yas əhval-ruhiyyəsi yaratsaq, düşmən sevinər

MTRŞ: Efirdə yas əhval-ruhiyyəsi yaratsaq, düşmən sevinər

İyulun 4-də erməni təxribatı nəticəsində 18 aylıq Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olması hər bir azərbaycanlının faciəsidir. Ölkə KİV-lərinin gündəmi 3 gündür Alxanlı faciəsinə köklənib. Saytlar, xəbər agentlikləri, sosial şəbəkə fəalları erməni vəhşiliyini

İyulun 4-də erməni təxribatı nəticəsində 18 aylıq Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olması hər bir azərbaycanlının faciəsidir. Ölkə KİV-lərinin gündəmi 3 gündür Alxanlı faciəsinə köklənib. Saytlar, xəbər agentlikləri, sosial şəbəkə fəalları erməni vəhşiliyini dünyaya çatdırmaq üçün xüsusi fəallıq göstərirlər.

Belə məqamda telekanaların çal-çağırlı şouları, musiqili proqramları insanların etirazına səbəb olur. Bildirilir ki, hamının Zəhra üçün göz yaşı tökdüyü halda, efirlərdə bayram əhval-ruhiyyəli verilişlərin getməsi yolverilməzdir.

Картинки по запросу MTRŞ

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, xəbər saytları, sosial şəbəkələrlər televiziya kanalları ilə eyni deyil. Çünki sosial şəbəkədə, saytda materialı yeniləmək, dəyişmək asandır. Amma televiziyaların proqramı əvvəlcədən hazırlanır, təsdiq olunur.

Картинки по запросу Təvəkkül Dadaşov

“Bunlara müdaxilə çətinlik yaradır. Əlbəttə ki, lazım gəlsə, bunu etmək olar. Amma bunu kanallardan biz rəsmi şəkildə yalnız matəm günlərində tələb edə bilərik. Həm də nəzərə alınmalıdır ki, biz müharibə şəraitindəyik. Təəssüf ki, bu cür itkilərimiz tez-tez olur. Biz hər dəfə efirdə bütünlüklə yas əhval-ruhiyyəsi yaratsaq, düşmən sevinər və istədiyinə nail olduğunu düşünə bilər. Bu mənada məsələnin psixoloji tərəflərini də nəzərə almaq lazımdır. Lakin dünən efirlərdə yayımçılar cəbhədə baş verənlərlə bağlı mütəmadi məlumatlar verdilər, ümumiyyətlə, bu məsələni gündəmdə saxladılar. Vətənpərvərlik ruhunda, döyüş ruhunda materiallar da az deyildi”, -deyə T.Məmmədov qeyd edib. (AzVision.az)

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview