Home / Mədəniyyət  / Elçin Zahiroğlu: Bir yanlışlığın qurbanı oldum

Elçin Zahiroğlu: Bir yanlışlığın qurbanı oldum

Bir neçə gün öncə həbs olunmuş jurnalist Elçin Zahiroğlu iyul ayının 3-də, günorta saatlarında sərbəst buraxılıb. E.Zahiroğlu azadlığa çıxandan sonra bildirib ki, hələlik yaxınları və əzizləri ilə görüşür. Mediaya yaxın zamanda açıqlama verəcəyini deyən E.Zahiroğlu bir

Bir neçə gün öncə həbs olunmuş jurnalist Elçin Zahiroğlu iyul ayının 3-də, günorta saatlarında sərbəst buraxılıb.
E.Zahiroğlu azadlığa çıxandan sonra bildirib ki, hələlik yaxınları və əzizləri ilə görüşür. Mediaya yaxın zamanda açıqlama verəcəyini deyən E.Zahiroğlu bir yanlışlığın qurbanı olduğunu da açıqlayıb.

“Mən onun azadlığa çıxacağına əmin idim”.

Bu sözləri xalq şairi, eks millət vəkili Sabir Rüstəmxanlı yaxın qohumu, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlunun azadlığa buraxılması ilə bağlı xəbəri şərh edərkən bildirdi. Müsahibimiz dedi ki, E.Zahiroğlunun həbs xəbərini eşidəndə rayonda olub: “Mən Elçini tanıyıram, jurnalistlərimiz də tanıyır. Narahatçılıq da keçirmədim. Daxili İşlər Nazirliyinin bu məsələdə nə qədər ədalətli mövqe tutacağından əmin idim və gözlədiyim kimi də oldu”.

Müsahibimiz qohumunun eks həmkarı olan millət vəkili Elmira Axundovanın oğlunun şikayəti əsasında həbs olunmasına da münasibət bilirdi. Dedi ki, E.Axundova da, oğlu da jurnalistlərdən çox narazıdılar: “Bəzi jurnalistlər onlara rahatlıq vermirlər. Amma burada bir jurnalist həmrəyliyi olmalıdır. Elmira xanım çox istedadlı jurnalist, cildlərlə kitabın müəllifi, qələm adamıdır. Heç vaxt demirlər ki, Həbib nəsə etdi. Yazırlar ki, ”Elmira Axundovanın oğlu filan şeyi etdi”. Ona görə də Elmira da, oğlu da bu məsələdə qəzəblidir. Əllərinə xırda bir şey düşəndə də nəticəsi belə olur”.

Musavat.com xatırladır ki, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu iyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Onun deputat Elmira Axundovanın oğlundan rüşvət aldığı iddia olunurdu.

Bu barədə Həbib Axundov özü də mediaya açıqlamasında bildirmişdi.

Jurnalistin dostları isə bu işdə bir anlaşılmazlıq və qurama olduğunu bildirərək, həqiqətin tezliklə üzə çıxacağını bildirirdilər. (Musavat.com)

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview