Loading

wait a moment

Avropa Liqası: “İnter” və “Zirə” qələbə qazandı – VİDEO

print
İyunun 29-da Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasına böyük hesablı qələbə ilə başlayıb.

Bakı təmsilçisi turnirin birinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Mladost” komandasının qonağı olub.

Mladost stadionunda keçirilən matçın 23 və 41-ci dəqiqələrində kobud oyuna görə rəqib qapısına təyin olunmuş cərimə zərbəsini “İnter”in futbolçusu Adrian Skarlatake dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb.

Qarşılaşmanın ilk hissəsi “İnter”in 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Rusiyalı baş hakim Aleksey Matyuninin idarə etdiyi görüşün ikinci hissəsinə hər iki komanda fəal başlayıb. Gərgin idman mübarizəsi şəraitində keçən hissədə “İnter” yenidən sevinən tərəf olub. Belə ki, matçın 76-cı dəqiqəsində Rauf Əliyev topu uzaq doqquzluğa göndərərək hesab arasındakı fərqi artırıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, Bakının “İnter” komandası 3:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda “Dalğa Arena”da keçiriləcək.


İyunun 29-da Bakının “Zirə” futbol klubunun UEFA Avropa Liqasında debütü uğurlu alınıb.

“Dalğa Arena”da keçirilən turnirin birinci təsnifat mərhələsində “Zirə” komandası Lüksemburqun “Differdange” komandası ilə qarşılaşıb.

Qazaxıstanlı baş hakim Daniyar Saxinin idarə etdiyi oyuna Bakı təmsilçisi fəal başlayıb. Görüşün 22-ci dəqiqəsində “Zirə” komandası hesabı açıb. Bakı təmsilçisinin heyətində Riçard Qadze fərqlənib. Bu qolla “Zirə” avrokuboklarda qol sevinci yaşayan 15-ci Azərbaycan komandası olub. 1994-cü ildə qitə miqyaslı turnirlərdə debüt edən Azərbaycanın 18-ci təmsilçisi olan “Zirə”yədək 17 klubdan 14-ü qol sevinci yaşamışdı.

Matçın 32-ci dəqiqəsində “Zirə”nin futbolçusu David Manqanın rəqib qapısına vurduğu güclü zərbəni qolkiper çətinliklə dəf edib. Görüşün ilk hissəsi “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Görüşün 64-cü dəqiqəsində Riçard Qadze dubl etməyə yaxın olsa da, rəqib komandanın qapıçısının səhvindən yararlana bilməyib. Matçın 80-ci dəqiqəsində “Zirə” komandası azarkeşlərini sevindirib. Kervan Belforun qolu hesab arasındakı fərqi artırıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, “Zirə” komandası 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu 1 həftə sonra Lüksemburqda keçiriləcək.

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up