Home / Mədəniyyət  / ABŞ səfirinin oğlunun rəsm əsərləri sərgilənəcək – Bakıda

ABŞ səfirinin oğlunun rəsm əsərləri sərgilənəcək – Bakıda

İyunun 30-da Bakıdakı “Art Tower” qalereyasında tanınmış amerikalı gənc rəssam Mətyu Sekutanın fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Concil Azerbaijan” QHT-sinin təşkilatçılığı ilə keçiriləcək. Bu barədə

İyunun 30-da Bakıdakı “Art Tower” qalereyasında tanınmış amerikalı gənc rəssam Mətyu Sekutanın fərdi rəsm sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Concil Azerbaijan” QHT-sinin təşkilatçılığı ilə keçiriləcək.

Bu barədə “Arts Concil Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Ekspozisiyada ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair əsərlər yer alacaq.

Sərgi iyulun 10-dək davam edəcək.

Qeyd edək ki, Mətyu Sekuta ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın oğludur.

Print Friendly, PDF & Email
Review overview