Şənbə, İyun 24th, 2017

now browsing by day

 

ABŞ prezidentinin qızı məhkəməyə çağırıldı

ABŞ prezidenti Donald Trampın qızı və eyni zamanda köməkçisi olan İvanka Tramp məhkəmə qarşısında cavab verməli olacaq. O, ayaqqabı dizaynının plagiatı məsələsi ilə bağlı ittihamlara cavab verəcək. “Aquazzurra” brendi hesab edir ki, İ.Tramp öz ayaqqabı məhsullarının istehsalı üçün onların dizaynından istifadə edib. Şirkətin istehsalı olan ayaqqabıların qiyməti 780 dollar olduğuRead the Rest…


Mosulda yaralanmış fransız jurnalist qadın öldü

İraqın Mosul şəhərində bomba partlayışında yaralanmış fransız jurnalist qadın Veronik Rober ölüb. France Press agentliyinin Fransa TV-lərinə istinadla yaydığı məlumata görə, partlayış İŞİD yaraqlılarının İraqın əhali sayına görə ikinci böyük şəhərindəki sonuncu dayaq məntəqəsinin köhnə şəhər rayonunda baş verib. Bir qədər əvvəl isə jurnalist Stefan Vilnevin öldüyü xəbər verilmişdi. FransadanRead the Rest…


Azərbaycanlı məmurun Mayamidə 8.5 milyon dollara iki mənzili üzə çıxdı

Azərbaycanın dövlətə məxsus şirkətinin baş direktorunun Mayamidə milyonlarla dollarlıq iki dəbdəbəli mənzil aldığı üzə çıxıb. Bu barədə ABŞ-ın Florida ştatının daşınmaz əmlak xəbərləri saytı “The Real Deal” bildirir. Saytın Mayami daşınmaz əmlak alqı-satqısı reyestrinin məlumatlarına əsasən yazdığına görə Azərbaycanın neft sektorunda işləyən dövlət şirkəti “BOS Shelf” LLC-in baş direktoru İxtiyarRead the Rest…


Formula-1: Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başladı

İyunun 24-də saat 14:00-da Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Felipe Massa və Lans Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “ForceRead the Rest…


Ərəb dövlətlərinin tələbləri qəbuledilməzdir – Qətərdən rəsmi cavab

Qətərin hakimiyyət orqanları hesab edirlər ki, ərəb dövlətlərinin onunla kəsilmiş münasibətlərin bərpası üçün irəli sürdükləri tələblər qəbuledilməzdir və yerinə yetirilməsi mümkün deyil. Al Watan qəzetinin yaydığı məlumata görə, bunu əmirlik hökuməti yanında kommunikasiyalar üzrə departamentin başçısı Seyf bin Əhməd Al-Tani bəyan edib. Onun sözlərinə görə, qeyri-qanuni blokadanın terrorçuluqla mübarizəyə heçRead the Rest…


Sabah Azərbaycanda 35° isti olacaq

Azərbaycanda iyunun 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-21°, gündüz 27-32° isti olacağı gözlənilir.Read the Rest…


Boks üzrə Avropa çempionatı: Kamran Şahsuvarlı finala çıxdı

Xarkovda kişi boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal görüşləri başa çatıb. Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb. Çempionatda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Macarıstan təmsilçisini 4:1 hesabı ilə məğlub edib. Kamran Şahsuvarlı sabah baş tutacaqRead the Rest…


İlham Əliyev Pakistan prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinəRead the Rest…


Rusiyadan alınan hərbi texnika Azərbaycana gətirildi

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkamRead the Rest…


Pakistanda partlayışlar: ölənlərin sayı 57-yə çatıb

Pakistanın Paraçinar şəhərindəki ticarət mərkəzində baş verən partlayışlarda həlak olanların sayı 57-yə çatıb. Pakistan mətbuatının verdiyi məlumata görə, 300-dən artıq insan yaralanıb. Onların arasında uşaqlar, qadınlar, qocalar da var. Yaralananların çoxunun vəziyyəti ağırdır. Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Pakistanın baş naziri Nəvaz Şərif həlakRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up