Home / Elm və texnologiya  / Bərpa edilən “Samsung Galaxy Note 7”nin buraxılış tarixi açıqlandı

Bərpa edilən “Samsung Galaxy Note 7”nin buraxılış tarixi açıqlandı

Bərpa edilən “Samsung Galaxy Note 7” smartfonunun rəsmi buraxılışı iyulun 7-nə təyin olunub. Şirkət qurğunu Cənubi Koreya daxil olmaqla bir sıra bazarlara çıxarmağı planlaşdırır. “Rambler” resursuna istinadən xəbər verilir ki, “Samsung” şirkəti “Galaxy Note FE” adlanacaq

Bərpa edilən “Samsung Galaxy Note 7” smartfonunun rəsmi buraxılışı iyulun 7-nə təyin olunub. Şirkət qurğunu Cənubi Koreya daxil olmaqla bir sıra bazarlara çıxarmağı planlaşdırır.

“Rambler” resursuna istinadən xəbər verilir ki, “Samsung” şirkəti “Galaxy Note FE” adlanacaq modelin yeni istehsalına başlamayaraq az batareya tutumu ilə təchiz edilən bir neçə nümunəni təmir etmək və başqa dəyişikliklər etməmək qərarına gəlib.

Məlumata görə, “Galaxy Note FE” 5,7 düym diaqonallı “Quad HD Super AMOLED” ekran, 4 giqabayt operativ yaddaş tutumuna malik “Samsung Exynos 8890” prosessoru ilə təchiz ediləcək. Bundan başqa, qurğunun arxa tərəfində 12, ön tərəfində 5 meqapikselli kamera quraşdırılacaq. Modelin akkumulyator tutumu nisbətən zəif olacaq. “Galaxy Note 7” modelində akkumulyatorun tutumu 3,500 milliamper/saat təşkil edib.

Print Friendly, PDF & Email
Review overview