Azərbaycanlı müğənni özbək həmkarı ilə birgə klipə çəkiləcək

print
Özbəkistanın məşhur aktyoru və müğənnisi Ali Otajonov azərbaycanlı müğənni Vüqar Kamiloğlu ilə birgə klipə çəkiləcək.

Bu haqda məlumatı ASSA-ya jurnalist Cəmilə Vasifqızı bildirib.

Onun sözlərinə görə, klip çəkilişini həyata keçirmək üçün Ali Otajonov artıq öz qruppası ilə Bakıya gəlib.

Vüqar Kamiloğlu müxbirimizə çəkilişin Bakı ilə yanaşı İstanbul şəhərində də baş tutacağını deyib: “Klipin adı isə hələlik sirr olaraq saxlanılır”.

Qeyd edək ki, Ali Otajonov (Alişer Raşidoviç Otajonov) 1987-ci il iyulun 30-da Özbəkistanın Xorezm vilayətində dünyaya gəlib. O, 1996-cı ildən “Orom” qrupunda çalışır.

Картинки по запросу АЛИ АТАДЖАНОВ

Scroll Up