Home / Maraqlı  / ŞOK: “Riyad”ın mühafizəçiləri Bakıda supermarketə basqın etdi

ŞOK: “Riyad”ın mühafizəçiləri Bakıda supermarketə basqın etdi

Bakıda idmançı cüssəli mühafizəçilərin supermarketə basqın edərək işçiləri döyüb çıxarmasına dair kadrlarla bağlı “Riyad” mühafizə şirkətinə zəng vurduq. Şirkətin özünü “Səməd müəllim” kimi təqdim edən qərargah rəisi əvvəlcə yayılan kadrlardan xəbərsiz olduğunu dedi: “Hansı sayt

Bakıda idmançı cüssəli mühafizəçilərin supermarketə basqın edərək işçiləri döyüb çıxarmasına dair kadrlarla bağlı “Riyad” mühafizə şirkətinə zəng vurduq. Şirkətin özünü “Səməd müəllim” kimi təqdim edən qərargah rəisi əvvəlcə yayılan kadrlardan xəbərsiz olduğunu dedi: “Hansı sayt yazıb? Bəs deyirlər YouTube-də yayılıb?”. Şirkət nümayəndəsinə videokadrların məzmunu barədə xatırladanda isə o, “məsələni araşdırıb daha sonra cavab verəcəyini” bildirdi. Ancaq bir qədər sonra təkrar zəng vuranda onun “yerində olmadığını, iş dalınca getdiyini” dedilər.

Qeyd edək ki, özəl mühafizə şirkətlərinin fəaliyyəti qanunla tənzimlənir və belə şirkətlərin mühafizəçiləri heç bir halda mülki mübahisələrin çözülməsində iştirak edə bilməzlər. Onlar ancaq mühafizə etdikləri obyektin ərazisinə icazəsiz daxil olub-olmayanlara nəzarət edə, bir sözlə mühafizə elədikləri əraziyə cavabdeh ola bilərlər. Özəl mühafizə şirkətlərinin işçilərinə vətəndaşlara zor tətbiq etmək səlahiyyətini isə heç bir qanun verməyib. Belə səlahiyyət ancaq polisdə və hüquq-mühafizə orqanlarının əməkdaşlarındadır ki, qanuna tabe olmayanlara qarşı ən zəruri hallarda tətbiq edilə bilər.

İndiki halda həmin supermarketin yeni və köhnə sahibləri arasındakı mübahisədə kimin haqlı olduğu müəyyən olmasa da “Riyad” MMC-nin mühafizəçilərinin obyektə basqın edib işçilərə kütləvi xəsarət yetirməsi açıq-aşkar qanun pozuntusudur. Belə hadisələr uzaq 90-cı illərə xas idi… (Virtualaz.org)

11:22

Bu gün səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib. İdmançı cüssəli, qara köynəkli mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunur. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb.

Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib.

Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən Daxili işlər naziri və Baş Prokurora müraciət ünvanlayacaq.

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir. (“Qafqazinfo”)

Print Friendly, PDF & Email
Review overview