Uşaqları sevindirən festival baş tutdu – FOTO

print
1 iyun Beynəlxalq Uşaqlar günü münasibətilə Art foto festivalı keçirilib.

Bu haqda məlumatı ASSA-ya jurnalist Cəmilə Vasifqızı verib.

Onun sözlərinə görə, bu festival World model agentliyinin rəhbəri Qabil Məmmədlinin növbəti festivalı idi.

Tədbirdə öncə hər yaşda olan uşaqların rəsmlərinin sərgisi keçirilib, sonra isə tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunub.

Uşaqlar tədbirdə xeyli əylənib və bir-birindən fərqli hədiyyələr qazanıblar.

Qabil Məmmədli çıxışında belə sərgilərin hər ay keçiriləcəyini bildirib.

Scroll Up