Home / Elm və texnologiya  / Raketlərin kosmosa buraxılması üçün təyyarə nümayiş etdirilib – VİDEO

Raketlərin kosmosa buraxılması üçün təyyarə nümayiş etdirilib – VİDEO

ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen raketlərin kosmosa buraxılması üçün nəzərdə tutulan dünyanın ən böyük təyyarəsini düzəldib. Onun yanacaq sərfini xeyli azaltmağa kömək edəcəyi bildirilir. “theRunet” resursuna istinadən bildirilir ki, raketdaşıyıcısını ərsəyə gətirən “Stratolaunch Systems” şirkəti onun

ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen raketlərin kosmosa buraxılması üçün nəzərdə tutulan dünyanın ən böyük təyyarəsini düzəldib. Onun yanacaq sərfini xeyli azaltmağa kömək edəcəyi bildirilir.

theRunet” resursuna istinadən bildirilir ki, raketdaşıyıcısını ərsəyə gətirən “Stratolaunch Systems” şirkəti onun üzərində 6 il çalışıb. Mayın 31-də anqardan çıxarılan təyyarənin 28 təkərdən ibarət şassisi hava gəmisinin 249 ton təşkil edən çəkisini ilk dəfə daşıyıb. Qanadlarının uzunluğu 117 metr təşkil edən təyyarə dünyanın ən böyüyü hesab edilir.

https://www.youtube.com/watch?v=00FMMIaKYgE

Məlumata görə, “Stratolaunch Systems” raketləri havaya altı “Boeing-747” mühərriki ilə qaldırmağı planlaşdırır. İlk uçuşun 2019-cu ildə həyata keçiriləcəyi nəzərdə tutulur. İlk müştəri kimi özəl “Orbital ATK” şirkəti çıxış edir. Bununla əlaqədar müvafiq saziş oktyabrda imzalanıb. (ICTnews)

Print Friendly, PDF & Email
Review overview