Cümə axşamı, İyun 1st, 2017

now browsing by day

 

Uşaqları sevindirən festival baş tutdu – FOTO

1 iyun Beynəlxalq Uşaqlar günü münasibətilə Art foto festivalı keçirilib. Bu haqda məlumatı ASSA-ya jurnalist Cəmilə Vasifqızı verib. Onun sözlərinə görə, bu festival World model agentliyinin rəhbəri Qabil Məmmədlinin növbəti festivalı idi. Tədbirdə öncə hər yaşda olan uşaqların rəsmlərinin sərgisi keçirilib, sonra isə tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunub.Read the Rest…


Azərbaycan ermənilərin 2 hərbi obyektini yerlə-yeksan etdi – VİDEO

Ermənistan silahlı qüvvələrinin iki hərbi obyekti dağıdılıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə məhv edilib. Ötən gün də cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimizRead the Rest…


Raketlərin kosmosa buraxılması üçün təyyarə nümayiş etdirilib – VİDEO

ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen raketlərin kosmosa buraxılması üçün nəzərdə tutulan dünyanın ən böyük təyyarəsini düzəldib. Onun yanacaq sərfini xeyli azaltmağa kömək edəcəyi bildirilir. “theRunet” resursuna istinadən bildirilir ki, raketdaşıyıcısını ərsəyə gətirən “Stratolaunch Systems” şirkəti onun üzərində 6 il çalışıb. Mayın 31-də anqardan çıxarılan təyyarənin 28 təkərdən ibarət şassisi havaRead the Rest…


Putinə sui-qəsd edən şəxsi Kiyevdə güllələdilər

Rusiyalı Adəm Osmayev Kiyevdəki atışmanın qurbanı olub. Bu həmin o şəxsdir ki, Rusiyada prezident Vladimir Putinə sui-qəsddə ittiham edirlər. Xəbəri RBK-Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb. Polisin məlumatına görə, Osmayev arvadı Amina Okuyevo ilə birlikdə guya Le Monde-dən olan fransız jurnalisti Aleks Vernerə müsahibə vermək üçün razılaşıb və Kiyevdəki KirillovskiRead the Rest…


Kamal Abdulla Azərbaycan Dillər Universitetinə rektor təyin edilib

Prezident İlham Əliyev Kamal Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib. Qeyd edək ki, bu təyinata qədər Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.


Azərbaycanda pulsuz dərman paylayanlar cərimələnəcək

Azərbaycanda dərman vasitələrinin reklam aksiyalarını keçirən şəxslər cərimələnəcək, dərmanların pulsuz paylanması qadağan ediləcək. Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında məlumat verilib. Dərman vasitələrinin reklam aksiyalarını keçirən şəxslər 2000 manatadək məbləğdə cərimələnəcəklər. Fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000Read the Rest…


Yusuf Məmmədəliyev Birinci vitse-prezidentin köməkçisi təyin edildi

Azərbaycan Prezidentinin fərmanına əsasən, Prezident Administrasiyasının idman və gənclər siyasəti şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi təyin edilib. Qeyd edək ki, Yusuf Məmmədəliyev uzun müddət Heydər Əliyev Fondunun əməkdaşı olub.


Prezident Əli Həsənovu və Əli Əsədovu öz vəzifələrində saxladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının strukturunu dəyişib. Dövlət başçısının sərəncamına əsasən, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-İctimai-siyasi məsələr şöbəsinin müdiri Əli Həsənov və Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Administrasiyanın yeni strukturuna daxil ediliblər və öz vəzifələrinin icrasını davam etdirirlər.


Avropa Məhkəməsi Ermənistanı cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün “Ayvazyan Ermənistana qarşı” işi üzrə hökm verərək Ermənistan hakimiyyətini şikayətçiyə 15.000 avro ödəməyə məcbur edib. Bu barədə məlumat AİHM-nin saytında yayılıb. Ermənistan Respublikasına qarşı şikayəti 2008-ci il 20 noyabr tarixində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü maddəsinə əsasən Rusiya vətəndaşı olanRead the Rest…


İlham Əliyev 5 yeni prezident köməkçisi təyin etdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının strukturunu dəyişib. Məlumata görə, dövlət başçısı beş yeni prezident köməkçisi təyinatı edib. Prezidentin yeni köməkçiləri Azər Əmiraslanov (aqrar məsələlər üzrə), Zeynal Nağdəliyev (ərazi-təşkilati məsələlər), Novruz Məmmədovdur (xarici siyasət üzrə). Daha öncə xəbər vermişdik ki, Fuad Ələsgərov hüquq-mühafizə orqanları və hərbi məsələlərRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up