“Uşaqları qoruyaq” adlı musiqili – əyləncəli tədbir keçirilib

print
“Zəka və Ülviyyət” beynəlxalq elmi – ictimai jurnalının təsisçi redaktoru  Elmira Nüsrətqızı və ” Tərəqqi.az “, tərəqqi.tv, Yeni tərəqqi naminə xəbər portalının rəhbəri Aygün Həsənlinin birgə təşkilatçılığı ilə “Uşaqları qoruyaq” adlı musiqili – əyləncəli tədbir keçirilib.

Bu haqda məlumatı jurnalist Cəmilə Vasifqızı verib.

Onun sözlərinə görə, tədbirə gələn müğənnilər uşaqlar üçün gözəl mahnılar ifa edərək onlarla rəqs ediblər.

Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr verilib.

Elmira Nüsrətqızı jurnalistlərə belə tədbirləri silsilə şəklində keçirdiklərini bildirib.

Scroll Up