Azərbaycanda iyunun 1-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu yarımadada gecə 15-18° isti, gündüz 20-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.