Loading

wait a moment

Qarabağda erməni hərbçisi yaralandı

print
Mayın 30-da təmas xəttində baş vermiş atışmalar zamanı Ermənistan ordusunun müqavilə əsasında xidmət keçən hərbi qulluqçusu Alik Smbatoviç Avanesyan ağır yaralanıb.

Bu barədə Ermənistan silahlı qüvvələrinin Tibb Xidmətinin şöbə rəisi Kamavar Xaçatryan jurnalistlərə bildirib. “Hərbi qulluqçu Azərbaycan ordusu tərəfindən açılan atəşlə ağır yaralanıb. Sağ qabırğasından güllə dəyib, Stepanakert (Xankəndi) hospitalındadır, hələlik onu İrəvana aparmaq mümkün deyil. Vəziyyəti sabitləşəndən sonra hərbçinin nəqli məsələsinə baxılacaq”-Xaçatryan bildirib.

Scroll Up