Home / Elm və texnologiya  / Bakıda tələbələrin etirazı nəticə verdi

Bakıda tələbələrin etirazı nəticə verdi

Azərbaycan Dillər Universitetində keçirilən Elmi Şuranın iclasından sonra yekun qərar açıqlanıb. Etiraz aksiyası keçirən tələbələrin tələbləri qismən yerinə yetirilib, imtahana düşən sualların sayı azaldılıb. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Elmi Şuranın geniş

Azərbaycan Dillər Universitetində keçirilən Elmi Şuranın iclasından sonra yekun qərar açıqlanıb. Etiraz aksiyası keçirən tələbələrin tələbləri qismən yerinə yetirilib, imtahana düşən sualların sayı azaldılıb.

Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Elmi Şuranın geniş iclasının qərarına əsasən, dövlət imtahanı əvəzinə tələbələrə iki variant təqdim ediləcək. Belə ki, onlara ya iki fəndən hərəsindən 50 sual olmaqla test imtahanı, ya da minimum 5 səhifəlik diplom işi yazmaq təklif olunacaq.

Bundan başqa, yay imtahan sessiyasının müddəti də uzaldılıb.

14:46

Bu gün Azərbaycan Dillər Universitetində keçirilən Elmi Şuranın iclasında sonuncu kursda təhsil alan tələbələrin dövlət imtahanı ilə bağlı qərar veriləcək. Artıq iclasda təklif olunan layihənin detalları da məlumdur. Belə ki, birinci variant görə, imtahan bir yazılı və 50 test sualından ibarət ola bilər. İkinci variant isə diplom işidir.

Hazırda ötən gün etiraz edən tələbələrin bir hissəsi universitetin həyətinə toplaşıblar. Onlar ədalətli qərar verilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. (Virtualaz.org)

Print Friendly, PDF & Email
Review overview