Home / Maraqlı  / Azərbaycan qumarbazları kütləvi şəkildə Soçiyə axışır

Azərbaycan qumarbazları kütləvi şəkildə Soçiyə axışır

Bu ilin əvvəllərindən Rusiyanın Soçi şəhərində qumar zonasının açılmasından sonra xarici ölkələrdən, o cümlədən Azərbaycandan qumarbazlar kütləvi şəkildə Soçiyə axışır. Rusiya mənbələrinə istinadən xəbər verilir ki, ilin əvvəlindən Soçi kazinolarına yaxın və uzaq xaricdən 62 min nəfər

Bu ilin əvvəllərindən Rusiyanın Soçi şəhərində qumar zonasının açılmasından sonra xarici ölkələrdən, o cümlədən Azərbaycandan qumarbazlar kütləvi şəkildə Soçiyə axışır.

Rusiya mənbələrinə istinadən xəbər verilir ki, ilin əvvəlindən Soçi kazinolarına yaxın və uzaq xaricdən 62 min nəfər baş çəkib. Soçi administrasiyasının mətbuat xidmətinin bildirdiyinə görə bu şəhərdə kazinoların əsas müştəriləri Azərbaycan, Ermənistan, Fransa, Belarus və Almaniya vətəndaşlarıdır. Lakin bir sıra uzaq xarici ölkələrdən də müştərilərin gəldiyi bildirilir.

Hazırda Soçi kazinosunda poker oyunu üzrə iri beynəlxalq çempionat “PokerStars Championship Sochi” keçirilir və “Soçi Kazino”nun baş meneceri Stüart MakLaflin deyir ki, bu çempionatla əlaqədar xarici ölkələrdən daha çox qumar həvəskarının gələcəyini gözləyirlər.

Xatırladaq ki, Azərbaycandan olan qumarbazlar Tiflis və Batmi kazinolarının da daimi müştəriləridir. Bu yaxınlara qədər isə Azərbaycandan zənginlər əsasən Monakonun kazinolarında əylənməyə üstünlük verirdi. Lakin Monakonun turizm İdarəsinin açıqladığı statistikaya əsasən son bir ildə Azərbaycandan knyazlığa gedən turistlərin sayında iki dəfə azalma baş verib. Qazaxıstan və Rusiyadan olan turistlərin sayında isə artım var.

Kazinoları və dəbdəbəli otelləri, rəngarəng əyləncələri ilə məşhur olan Monako əsasən zəngin təbəqənin nümayəndələrini cəlb edirdi. Lakin belə görünür ki, iqtisadi böhranla əlaqədar Azərbaycandan knyazlığa əylənməyə gedənlərin sayında azalma var, əvəzində Soçi kazionlarına axım başlayıb. (Virtualaz.org)

Review overview