Home / İqtisadiyyat  / “2020-ci ildə Azərbaycan qazını gözləyirik” – Aİ-nin vitse-prezidenti

“2020-ci ildə Azərbaycan qazını gözləyirik” – Aİ-nin vitse-prezidenti

Biz 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropanın Azərbaycan qazını alacağını gözləyirik. Bunu Avropa İttifaqının (Aİ) vitse-prezidenti Maroş Şevçoviç 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılışına videomüraciətində bildirib. M.Şevçoviç deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə Orta

Biz 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropanın Azərbaycan qazını alacağını gözləyirik.

Bunu Avropa İttifaqının (Aİ) vitse-prezidenti Maroş Şevçoviç 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılışına videomüraciətində bildirib.

M.Şevçoviç deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə Orta Asiyanın qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynaya bilər: “Bizim birgə görülə biləcək işlərimiz hələ çoxdur. Ekologiya və iqlim məsələləri ilə bağlı xeyli işlər görə bilərik. Enerji mənbələrinin artırılması istehlakçılarının mənafelərinə xidmət edir. Təmiz enerji keçidi iqtisadi artım, iş yerlərinin artırılması üçün önəmlidir”.

M. Şevçoviç sonda 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə uğurlar arzulayıb. (APA)

Print Friendly, PDF & Email
Review overview