Yüklənir

Gözləyin

Vüqar Kamiloğlu kimə “Qurban olum” dedi – VİDEO

Bu yazım bir dost haqqındadır. 2 il bundan öncə təsadüfən tanış olduğum bir jurnalisti özümün kitab təqdimatıma dəvət etdim. O da dəvətimi qəbul edərək gəldi. Təqdimata gələndən sonra bildim ki, bu gözəl, sadə insan “ATV Maqazin”in reportyoru Vüqar Kamiloğludur.

Картинки по запросу Vüqar Kamiloğlu

Vüqar Kamiloğlu

Vüqar bəyi uzun illər hamı jurnalist kimi tanısa da sən demə o, mahnı oxuyurmuş və təqdimatda bir mahnı da ifa etdi.

Günlərin birində dedi ki, bir klip çəkdirməyə hazırlaşır. Nəhayət, uzun müddətdən sonra o, öz istəyinə çatdı və müğənni Tünzalə Ağayevanın bəstəsi ilə uğura imza atdı.

Картинки по запросу Tünzalə Ağayeva

Tünzalə Ağayeva

Və məni də təqdimata dəvət etdi. Kənardan baxanda Vüqar sadə, təmiz və saf bir ulduz kimi parlayırdı. Ancaq sanki içində bir nigarançılıq var idi.

“Görəsən nə deyəcəklər?”. Klipini isə bəyəndilər. O, öz işinin öhdəsindən çox məharətlə gələn bir azərbaycanlı obrazını yaratmışdı.

Klipdə rol alan Naina İbrahimova bütün media işçilərini salamladı və onlara böyük dəyər verdiyini söylədi: “Siz bizə, biz isə sizə lazımıq. Nə ediriksə, insanlar üçün edirik”.

Картинки по запросу Naina İbrahimova

Naina İbrahimova

Xatırladıram ki, klipin sözləri Sevinc Çılğına, rejissorluğu isə Natiq Novruzova məxsusdur.

Картинки по запросу Sevinc Çılğın

Sevinc Çılğın

Natiq Novruzov

Vüqar ona bu işdə dəstək olan hər kəsə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Vüqar Kamiloğlu 11 il  Bülbül adına musiqi məktəbində, ali təhsilini isə İncəsənət Universitetində alıb. Hətta, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsini də bitirib.

Vüqar bəyin “Qurban olum” klipini siz də izləyə bilərsiniz, mən artıq o mahnının sözlərini əzbər bilirəm.

Yeni kliplər umuduyla ona uğurlar diləyirik.

Картинки по запросу Cəmilə Vasifqızı

Cəmilə Vasifqızı

Scroll Up